Gündəm / Hadisə / Dünya

İran "İsrail casusunu" edam etdi

İran

İranda İsrailin "Mossad" kəşfiyyat orqanına casusluq etməkdə ittiham olunan şəxs barəsində çıxarılan ölüm hökmü icra olunub.

"Kanal14.az" xəbər verir ki, edam hökmü dekabrın 16-da səhər saatlarında icra olunub.

İran KİV İranın Sistan-Bəlucistan əyalətinin məhkəməsinin onu xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə edama məhkum etdiyini bildirir.

Məlumata görə, İsrailin "casusu" adlandırılaraq edam edilən şəxs bəluc etnik qrupunun nümayəndəsidir.