Gündəm / Siyasət / Dünya

Putin seçkilərə müdaxilə etmək istəyənlərə xəbərdarlıq etdi

Putin seçkilərə müdaxilə etmək istəyənlərə xəbərdarlıq etdi

Rusiyada prezident seçkiləri kampaniyasına kənardan istənilən müdaxilənin qarşısı alınacaq. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tapşırıq verib. 

Bu barədə Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə qarşıdan gələn prezident seçkiləri ilə bağlı danışarkən bildirib. Rusiya lideri ölkənin daxili işlərinə istənilən müdaxilənin Rusiya qanunlarına uyğun olaraq ciddi şəkildə qarşısının alınacağını vurğulayıb.

"Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik. Ölkəmizdə yeganə hakimiyyət mənbəyi yalnız Rusiya xalqıdır", - deyə Putin bildirib.