Gündəm / Cəmiyyət / Hadisə

İrəvanda indi də fermerlər etiraz edir

İrəvanda indi də fermerlər etiraz edir

İrəvanda balıqçılar qəbul olunmuş "balıqçılıq təsərrüfatları haqqında qanun"dan narazı olduqları üçün etiraz aksiyasına başlayıblar. 

"Kanal14.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Hökumət binası qarşısına toplaşan fermerlər onların tələblərinin yerinə yetirilmədiyini bildiriblər. 

Xatırladaq ki, noyabrın 22-də parlamentdə su məcəlləsinə dəyişiklik layihəsi yekun oxunuşda qəbul edilib. Qanuna görə, Ermənistanın yeraltı quyulardan su alan balıq təsərrüfatları yalnız su dövriyyəsinə qənaət sistemindən istifadə etməlidirlər.