Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

"Kanal14.az" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında

Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.