"Gələn ilin fevral ayının 7-də Azərbaycanda azad, ədalətli və demokratik seçki keçiriləcək. Bu gün ölkəmizdə seçki keçirmək üçün lazımi mühit, ictimai-siyasi sabitlik var".

"Kanal14.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, istənilən şəxs öz namizədliyini təqdim edə və alternativ, rəqabət şəklində seçkilərdə iştirak edə bilər: "Ona görə də burada başqa nəsə fikir söyləməyə ehtiyac yoxdur”. 

S.Novruzov qeyd edib ki, prezident seçkilərindən sonra qarşıda böyük vəzifələr durur: "Ölkəmizin bərpası, o cümlədən azad edilən ərazilərin yenidən qurulması var. Azərbaycan regionun aparıcı dövlətidir. Sülh müqaviləsi imzalanandan sonra Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizinə çevrilir. Bu kimi məsələlərin həlli üçün seçkilərin keçirilməsinə ehtiyac var. Bundan sonra proseslər davam edəcək ki, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına qayıtsınlar”.