Gündəm / Siyasət / Dünya

Berlin: Türkiyədə seçki prosesində ədalətli mühit yoxdur

Berlin: Türkiyədə seçki prosesində ədalətli mühit yoxdur

Türkiyədə ədalətli və azad seçkilər keçiriləcəkmi? Bunun nəticələri nə olacaq? Almaniya hökumətinin mövqeyi necədir? Alman siyasətçiləri "dönüm nöqtəsi” adlandırdıqları Türkiyə seçkilərini maraqla izləyirlər.

"Kanal14.az” "DW” ( DEUTCHE WELLE”)a istinadən xəbər verir ki, Türkiyədə mayın 14-də keçiriləcək seçkilər öncəsi baş verənlər Berlində də yaxından izlənilir.

Sosial Demokrat Partiyasından (SDP) Olaf Şolzun rəhbərlik etdiyi hökumət seçkilər öncəsi anti-demokratik addımlar səbəbindən Türkiyədə ədalətli və azad seçki mühitindən danışmağın çətin olduğunu düşünür. Bununla belə, hökumət səslərin hesablanmasında "ciddi manipulyasiya” gözləmir.
Almaniya hökuməti ötən həftə Bundestaqın İnsan Haqları və Humanitar Yardım Komissiyasında keçirilən iclasda Türkiyədəki seçki prosesi ilə bağlı müşahidə və qiymətləndirmələrini deputatlarla bölüşüb.

Scholz hökumətinin seçkilərlə bağlı proqnozları necədir?

Almaniya Bundestaqının saytında yer alan məlumata görə, Almaniya hökuməti Türkiyə seçkilərində səslərin hesablanmasında "ciddi manipulyasiya”nın olmayacağını düşünür. Lakin mediaya, müxalifətə və vətəndaş cəmiyyətinə təzyiqlərin artmasına, HDP-yə qarşı bağlanma davasına diqqət çəkən hökumət rəsmiləri bu şərtlər altında keçirilən seçkiləri azad və ədalətli adlandırmağın çətin olacağını düşünürlər.

Kanal14.az
Nizami Təhməzov