Gündəm / Siyasət / Dünya

Mübahisəli ərazidə yeni dövlət yaradıla bilər

Mübahisəli ərazidə yeni dövlət yaradıla bilər

Venesuela prezidenti Nikolas Maduro ölkə parlamentini Essequibo çayının qərbində yeni Venesuela dövləti yaratmaqla bağlı üzvi qanun qəbul etməyə çağırıb.

"Kanal14.az" xəbər verir ki, prezidentin fikrincə bu, Qayana ilə mübahisəli Qayana-Essekvibo ərazisini qorumaq üçün kömək edəcək. 

"Bu qanunun məqsədi Venesuelanın 24-cü ştatı olan Qayana-Essekibo ştatının yaradılması qərarını həyata keçirməkdir", - deyə qeyd olunub. 

Maduro həmçinin Essequibo şəhərinin bütün əhalisi üçün sosial yardım planının, siyahıyaalmanın, şəxsiyyət vəsiqələrinin verilməsinə başlandığını elan edib.