Gündəm / Siyasət / Dünya

Türkiyə lideri Venesuelaya səfər edəcək

Türkiyə lideri Venesuelaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya səfər edəcək.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

"Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelada qəbul edəcəyik. Ümid edirik bu görüş Venesuelada iqtisadi inkişafa töhfə verəcək" - deyə Maduro ifadə edib.

Qeyd edək ki, Maduro ötən iyunda Ankarada səfərdə olub.