Gündəm / Siyasət / Cəmiyyət

"Azərbaycan belə formatı davam etdirmək istəmir" - Ruben Babayan


Qonşu ölkələrlə əbədi düşmənçilik ola bilməz, ona görə də dialoq həmin düşmənçiliyi aradan qaldırmaq üçün vacib məqamlardan biridir.

"Kanal14.az" xəbər verir ki, bunu Azərbaycanla danışıqlarda iştirak edən Ruben Babayan deyib. 

O, iki il əvvəl Moskvada Ermənistan və Azərbaycan ictimai xadimlərinin şündə iştirak etdiyini bildirib: "Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfinin orada saxlanılan erməni əsirləri azad etməsinə dair razılıq əldə olunub".

Babayanın fikrincə, dialoq nə qədər zəruri olsa da, hələ də nəzəri cəhətdən həyata keçirmək mümkün deyil: "Çünki Rusiya artıq vasitəçi kimi çıxış edə bilməz, ilk görüşdən məlum idi ki, Azərbaycan belə formatı davam etdirmək istəmir.

Bu gün Rusiyanın öz problemləri var ki, onu belə görüşlərlə həll etmək istəyir, yəni qərəzsiz vasitəçi ola bilməz. Mən belə görüşə hazıram, amma vasitəçisiz. Yaxşı olardı ki, görüş yenidən keçirilsin, qarşı tərəfdə universal yanaşmaları bölüşən qərəzsiz ziyalılar olsun, əks halda bu, siyasətçilərin təmaslarına bənzəyər ki, bu da mənasızdır". 

O, qeyd edib ki, bu istiqamətdə yalnız Ermənistan və Azərbaycan birgə fəaliyyət göstərməlidir: "İstək olacaq, görüş də olacaq. Rusiya Federasiyası bizi o qədər də maraqlandırmayan məsələlər haqqında düşünürdü. İlk görüşdə o, sülhə nail olmaqdan, dialoqun davam etdirilməsindən narahat olmadı, amma hamımızın Sovet İttifaqının qayıtmasını, imperiya Rusiyasının yenidən qurulmasını nə dərəcədə dəstəklədiyimiz məsələsinə toxundu. Rusiya Federasiyası o məntiqdə olduğundan iki xalq arasında tolerantlığa girə bilməz. Nə qədər çətin olsa da, qarşı tərəfin məntiqini anlamağa çalışmalı və dialoqa dəvət etməlisən".