Rusiya Silahlı Qüvvələrinin cənub qrupunun bölmələri özünü elan edən Donetsk Xalq Respublikasının Artemovskoye kəndini azad edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Donetsk istiqamətində Cənub Qüvvələr Qrupunun bölmələri aviasiya və artilleriya atəşinin dəstəyi ilə cəbhə xəttində vəziyyəti yaxşılaşdırıb və Donetsk Xalq Respublikasının Artemovskoye kəndini azad edib", - hərbi idarənin bəyanatında deyilir.