Gündəm / Siyasət / Dünya

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

Türkiyədə Ermənistan-Azərbaycan nizamlanması məsələsi müzakirə olunub.

"Kanal14.az" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

O, bu barədə "X" hesabında yazıb: "Dünən Ankaraya səfərimdən sonra yenidən Brüsselə qayıtdım. Cənubi Qafqaz regionu ilə bağlı Aİ və Türkiyə arasında ortaq maraq kəsb edən məsələlər, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə edilib".