Gündəm / Cəmiyyət

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdiri Elton Məmmədov vəzifəsindən azad edilib.

Məlumata görə, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub.

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.//Qaynarinfo