Gündəm

Adnan Oktar həbsxanadan təhdid ünvanladı

http://olke.az/uploads/1550553821/adnanoktar.jpg
 
Adnan Oktarın yaxın adamı Oktar Babunanın anası Semin Babina Oktar tərəfindən təhdid edildiyini açıqlayıb.

Semin Babuna Silivri həbsxanasına getdikdən sonra "Kanal D”yə müsahibə verib. Babuna bildirib ki, övladları Adnan tərəfindən həbsxanada təhdid edilir. Bunun səbəbi isə onların Adnan əleyhinə ifadə verməməyə məcbur etməkdir.

Semin Babunanın beş övladı və bir nəvəsi Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilib. Onlar qruplaşmaya üzv olmaqda ittiham edilirlər.