Gündəm / Siyasət / Dünya

Ukrayna ərazilərinin 50 faizini itirə bilər

Ukrayna ərazilərinin 50 faizini itirə bilər

Ukrayna silahlı qüvvələrinin dağılmasından sonra Ukrayna öz ərazilərinin 50 faizini itirə bilər.

"Kanal14.az" xəbər verir ki, bu barədə keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter jurnalist Kleyton Morrisə müsahibəsində deyib.

"Reallıq ondan ibarətdir ki, Ukrayna ordusu məhv olmaq ərəfəsindədir. Bunu hamı qəbul edir. Ruslar onlardan qalan bu boşluğu dolduracaqlar. Və bunu etsələr, çox güman ki, bu ərazi Ukraynaya qaytarılmayacaq", - ekspert bildirib.

Onun sözlərinə görə, təmas xəttində vəziyyət ukraynalılar üçün fəlakətli olub, çünki Ukrayna silahlı qüvvələri əsgər və sursat ehtiyatını tükəndirib, Rusiya hərbçiləri isə öz əməliyyatları zamanı daha çox ukraynalı əsgəri məhv edir.

O hesab edir ki, ölkə rəhbərliyinə yaxın olan kimsə Zelenskini hərbi əməliyyatları dayandırmağa inandırmasa, o zaman Ukraynanın taleyi fəlakətli ola bilər.