Gündəm / Cəmiyyət / Sosial

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS


 
"Kanal14.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, ötən gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyilə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi konfrans keçirib. Tədbiri giriş sözü ilə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri Fikrət Cəfərli açıq elan edib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından birlik sədri tərəfindən konfransın məqsədi elan edilib və qonaqlar təqdim edilib.

Qeyd edək ki, hər il 25 noyabr – 10 dekabr tarixlərində "Gender əsaslı zorakılığa qarşı 16 günlük” qlobal kampaniya dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxaq Mübarizə Günü kimi qeyd edilir. Məişət zorakılığına qarşı mübarizə çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyəti institutları və dövlət qurumları müxtəlif marifləndirici tədbirlər, dəyirmi masa və konfranslar təşkil edirlər.

Konfransın keçirilməsində məqsəd, dünyada qeyd edilən "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına dəstək vermək və həsr olunduğu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Ötən gün keçirilən konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Miqrasiya Xidməti, həmçinin Ombudsman aparatı, Hüquq və İnsan Haqları İnstitutu və Vəkillər Kollegiyası dövlət qurumu qismində, təmsil olunan Səfirliklər və beynəlxaq təşkilatlar - Böyük Britaniyanın Azərbaycandakı səfirliyi (dəstəkçi), Belçika Krallığının Azərbaycan, Gürcüstan və Türkmənistan respublikalarındakı səfirliyi, Fransa Respublikasının Azərbaycandakı səfirliyi, Niderland Krallığının səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Avropa Şurasının Bakı Ofisi nümayəndə qismində və ölkədə fəaliyyət göstərən QHT-lər, jurnalistlər, elm xadimləri, vəkillər və gender məsələləri üzrə mütəxəssislər iştirak edib.

Bakı Dövlət Universitetinin müəllimi, elmlər doktoru, professor, gender bərabərliyi məsələləri üzrə mütəxəssisi Elza Mollayeva və AR Vəkillər Kollegiyasının üzvü, məişət zorakılığı üzrə ixtisaslaşmış hüquqşunası Rövşanə Rəhimli isə konfransda geniş məruzə ilə çıxış ediblər.

Onu da vurğulayırıq ki, konfransın keçirilməsində əsas məqsəd "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyasına dəstək olub və çıxış edənlər əsasən qadınlara qarşı zorakılıq və şiddət mövzusunu önə çəkiblər. Çünki, Azərbaycanda zorakılığa məruz qalanların əsasını xüsusilə ərləri, müəyyən qismini isə digər ailə üzvləri tərəfindən şiddətə məruz qalan qadınlar təşkil edir.

Dövlət Statistika Komitəsinin (DSK) bilgisinə görə, ötən il Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. Daha bir il öncə bu rəqəm 46 olmuşdu. Ondan da əvvəl - 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirmişdi. Bu o deməkdir ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həlak olan qadınların sayı 25 faiz artıb. Müstəqil araşdırıcılar, qadın haqları fəalları həmin sayın əslində daha çox olduğunu bildirirlər.

Konfransda çıxış edənlər məişət zorakılığı hallarında mühafizə orderinin tətbiqi və praktiki icrasının vəziyyəti müzakirə ediblər və məhz bu kimi halların qarşısının alınması üçün maarifləndirici tədbirlərin, hətta dərsliklərin, televiziya proqramlarının çox olması təklifini irəli sürüblər.