Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Bu xəstəlik mədəaltı vəzi xərçəngi riskini artırır - Həkimlər xəbərdarlıq edir

Bu xəstəlik mədəaltı vəzi xərçəngi riskini artırır - Həkimlər xəbərdarlıq edir

Şəkərli diabet mədəaltı vəzi xərçəngi riskini artırır, buna görə də diabet xəstələri daha ətraflı xərçəng müayinəsinə ehtiyac duyurlar.

"Kanal14.az" Qaynarinfo xəbər verir ki, bu barədə məqalə "BIO Integration" jurnalında dərc olunub.

Yeni tədqiqat müəllifləri diabet və mədəaltı vəzi xərçəngi riskini artıran mutasiyalar arasında əlaqəni təhlil ediblər. Bu yanaşma Mendel randomizasiyası adlanır və ətraf mühit amillərinin (siqaret çəkmə vəziyyəti, sosial-iqtisadi vəziyyət, pəhriz və s.) təsirini istisna etdiyi üçün xəstəliklər arasında səbəb-nəticə əlaqəsinin mövcudluğunu yoxlamağa imkan verir.

Təhlil şəkərli diabet və mədəaltı vəzi xərçəngi arasında səbəb-nəticə əlaqəsinin olduğunu təsdiqləyib. Bu, çox güman ki, normal şəraitdə enerji mübadiləsinə və hüceyrə böyüməsinə nəzarət edən IGF (insulinə bənzər böyümə faktoru) siqnal yolundaki pozulmalarla bağlıdır.

Nəticələr o deməkdir ki, diabetli insanlar mədəaltı vəzi xərçənginə tutulma riski yüksəkdir və erkən müayinədən keçməlidirlər.

Tədqiqat Xianqnan Universitetində (Çençjou, Çin) aparılıb.