Gündəm / Siyasət / Dünya

Yeni baş nazir İslama və türklərə qarşı düşmənçiliyi ilə tanınır - KİV

Yeni baş nazir İslama və türklərə qarşı düşmənçiliyi ilə tanınır - KİV

Niderlandın yeni baş naziri Geert Uilders Rusiyanın müttəfiqi ola bilər. 

"Kanal14.az" xəbər verir ki,  bu barədə Almaniyanın "Bild" nəşrinin jurnalisti Julian Roepke "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Daha bir NATO dövləti Rusiyaya yaxınlaşa bilər.  Putinə sadəcə oturub Ukraynaya dəstəyin getdikcə dağıldığını izləmək lazımdır”, - Roepke yazıb.

Digər məlumata görə, Niderlandda qeyri-rəsmi nəticələrə görə seçkilərdə qalib gələn və yeni baş nazir olan Geert Uilders İslama və türklərə qarşı düşmənçiliyi ilə tanınır. O, Türkiyənin NATO-dan çıxarılmasını tələb edir.

"X"də 1 milyon izləyicisi olan Uilders müsəlmanların dini bayramlarında da təxribatlar və hiddətə səbəb olan paylaşımlar edir. Nəhayət, ötən Qurban bayramında Uilders bir heyvanın kəsilməsi görüntüsünü yayımlayıb və öz paylaşımında "Mənfur İslam ənənəsini qadağan edin” deyərək yeni qalmaqal yaradıb.

Xatırladaq ki, noyabrın 22-də Niderlandda 26 partiyanın iştirakı ilə parlament seçkiləri keçirilib və bu seçkilərdə Geert Uildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası ən çox səs toplayıb. Bu, siyasətçini baş nazir postuna ən şanslı namizəd elan edir.