Gündəm / Cəmiyyət / Sosial / Mədəniyyət

Laçına köçən aktyor danışdı: ”Hələ iş tapa bilməmişəm”

Laçına köçən aktyor danışdı: ”Hələ iş tapa bilməmişəm”

"Həyat yoldaşım Laçında orta məktəbdə psixoloq işləyir".

"Kanal14.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Laçın rayonuna köçən Bakı Uşaq və Gənclər Teatrının aktyoru Rauf Şahsuvarov deyib.

Aktyor Laçına köçsə də, hələ iş tapmadığını deyib:

Reklamınızı SmartBee ilə effektiv edin.

"Hələ iş axtarıram, ixtisasım üzrə iş olsa, işləyəcəyəm. Həyat yoldaşım orada işlədiyindən mən də Laçında yaşamağa qərar verdim, arada Bakıya gəlib-gedəcəyəm".

Qeyd edək ki, Rauf Şahsuvarov Bakı Uşaq və Gənclər Teatrında işləyib. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında yaddaqalan obrazlar yaradıb.