Gündəm / Siyasət

İraq prezidenti Bakıdan İrəvana uçdu

İraq prezidenti Bakıdan İrəvana uçdu

İraq prezidenti Əbdül Lətif Rəşid Ermənistana səfər edib.

"Kanal14.az" xəbər verir ki, İraq prezidentini Zvartnots hava limanında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan qarşılayıblar.

Lətif Rəşidin İrəvanda prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və spikeri Alen Simonyan ilə görüşləri nəzərdə tutulub.

O, İrəvana bu gün Bakıdan uçub.