Gündəm / Siyasət / Dünya

"Qəzzada qurbanların sayı heyrətləndiricidir" - Quterreş


BMT-nin baş katibi Antonio Quterreş Fələstin-İsrail münaqişəsində ölənlərin sayının "heyrətləndirici və qəbuledilməz" olduğunu bildirib.

"Kanal14.az" xəbər verir ki, o, müharibənin dayandırımlaı olduğunu deyib. 

"Dayanmalıdır. Mən təcili humanitar atəşkəs çağırışımı bir daha təkrarlayıram”, - baş katib bəyanatda bildirib.

"Qəzza zolağında iki məktəbin vurulması məni çox sarsıtdı. "Onlarla insan, çoxlu qadın və uşaq BMT binasına sığınmağa cəhd edərkən həlak olub və yaralanıb", - Quterreş əlavə edib.

Baş katib həmçinin Qətər hakimiyyətinə vasitəçilik səylərinə görə təşəkkür edib.