Gündəm / Cəmiyyət / Sosial

Bu şəxslərə bir otaqlı ev verilsin - TƏKLİF

Bu şəxslərə bir otaqlı ev verilsin - TƏKLİF

Hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib.

"Kanal14.az" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov çıxış edib.

Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır: "Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.