Gündəm / Siyasət / Dünya

KTMT-nin təlimləri bu ölkələrdə keçiriləcək

KTMT-nin təlimləri bu ölkələrdə keçiriləcək

2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək.

"Kanal14.az" rus mediasına istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, 2024-cü il üçün nəzərdə tutulmuş planda Mərkəzi Asiya regionuna xüsusi diqqət yetirilir:

"Qırğızıstanda Kollektiv Çevik Hərəkət Qüvvələri, Qazaxıstanda isə sülhməramlı qüvvələrlə təlimlər planlaşdırılır. Hələlik təlim yerləri barədə ətraflı danışmaq tezdir. Məsləhətləşmələr bu ilin dekabrında başlayacaq".