Gündəm / İqtisadiyyat / Cəmiyyət

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdi

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

"Kanal14.az" xəbər verir ki, sənəd Milli Məclisin 2024-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sənəd layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.