Gündəm / Cəmiyyət / Hadisə

Bloger Hüseyn yenidən dələduzluqda ittiham olunur

Bloger Hüseyn yenidən dələduzluqda ittiham olunur

Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi Oleq Baranova müraciət edərək, bir sıra blogerlərin dələduzluq fəaliyyətlərinə görə yoxlanılmasını xahiş edib.

"Kanal14.az" xəbər verir ki, sözügedən siyahıda yenidən azərbaycanlı bloger Hüseyn Həsənovun adı da var.

"Kseniya Qubina, Tata Feodoridi, Asxab Tamaev, Hüseyn Həsənov və başqalarının fəaliyyətinin araşdırılmasını xahiş edirik. Əminik ki, onlar bir müddət əvvəl saxlanılan bloger Ayaz Şabutdinov kimi dələduzluq əmməllərində iştirak edirlər” deyə, o, teleqram hesabında yazıb.//unikal.az