Gündəm / Hadisə

"Patı" ilə tutulan bloger HƏBS EDİLDİ

"Patı" ilə tutulan bloger HƏBS EDİLDİ

 

Bakı şəhər sakini olan bloger Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Kanal14.az-a  cavab olaraq bildirilib ki, C.Quliyevin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib.

Onun barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.