Gündəm / Cəmiyyət / Foto / Video

"Müasir ədəbi proseslər və yeni trendlər" mövzusunda tədbir keçirilib - FOTO+Video


"Kanal14.az" xəbər verir ki, 12 noyabr 2023-cü il tarixində Bakı ekspo mərkəzində Beynəlxalq kitab sərgisi keçirilib. Eyni gündə, eyni mərkəzdə Mədəniyyət Nazirliyinin dəstəyi, fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin təşkilatçılığı və moderatorluğu ilə "Müasir ədəbi proseslər və yeni trendlər" mövzusunda tədbir keçirilib.



Tədbirdə iştirak edən filologiya elmləri doktoru Qulu Məhərrəmli, millət vəkili Etibar Əliyev, yazıçı-publisist Həmid Herisçi müasir Azərbaycan ədəbiyyatı və ədəbi tənqidin bugünü barəsində fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, iştirakçıların mövzu barəsindəki suallarını cavablandırıblar.









Qeyd edək ki, eyni gündə Adəm İsmayıl Bakuvinin müəllifi olduğu "Məhşərin divanı: Yalanın 17 anı" adlı kitabının təqdimat mərasimi də keçirilib. Erməni xəyanətindən və vəhşiliklərindən bəhs edən kitab barəsində ətraflı məlumat qarşıdakı günlərdə portalımızda dərc ediləcək.

Bizi izləyin!

DogruXeber.az