Gündəm / Siyasət / Sosial

Heydər Əliyevin tikdirdiyi kitabxananı kim satıb? – Sabiq nazirdən sensasion açıqlama

Heydər Əliyevin tikdirdiyi kitabxananı kim satıb?
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakupost.az saytına verdiyi son müsahibəsində olduqca maraqlı məqamlara toxunub.

O, Mətbuat və İnformasiya naziri vəzifəsində olduğu vaxtda (1992–1995-ci illər) Bakıda 121 kitabxananın olduğunu, həmin kitabxanaları çətinliklə də olsa qoruduğunu bildirib:

"Prezident Administrasiyasından paketin içində 50 min dollar rüşvət göndərdilər ki, indi erməni kilsəsi dediyimiz yerin altında "İncəsənət kitab mağazası" var, onun bir qanadını bizə ver. Dedim, bunu apar ver, o göndərən adama, de ki, mən burda kitab dükanlarının alverini təşkil etməmişəm, Azərbaycanın kitab dükanları satışa çıxarılmayıb".

O vurğulayıb ki, vaxtilə Heydər Əliyevin Hökumət evinin arxasında tikdirdiyi kitabxananı da ələ keçirmək istəyiblər.

Millət vəkili təəssüflə bildirib ki, o, istefa verdikdən sonra həmin kitabxanalar bir-bir ələ keçirilib, indi isə demək olar, heç biri yoxdu.