Gündəm / Siyasət / Cəmiyyət / Hadisə

İstintaq Şahramanyanı da dindirəcək

İstintaq Şahramanyanı da dindirəcək

Ermənistanın 44 günlük müharibəni araşdıran istintaq komissiyası özünü buraxmış separatçıların sonuncu lideri Samvel Şahramanyana yazılı məktub göndərərək onu dindirməyə çağırıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumatı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsi təsdiqləyib.