Gündəm / Cəmiyyət / Hadisə / Dünya / Səhiyyə

Estetik cərrahiyə reklamlarına görə 80 nəfər həbs edildi

Estetik cərrahiyə reklamlarına görə 80 nəfər həbs edildi

İranda sosial mediada estetik cərrahiyə reklamlarına görə 80 nəfər həbs edilib. 

"Kanal14.az" "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İranın Kiberməkana Nəzarət (FƏTA) Polisinin rəis müavini Hüseyn Əmirli bildirib ki, İnstaqramda insanların estetik əməliyyat adı altında şəxsi fotolarını dərc edən hesabların fəaliyyətinə görə 84 nəfər həbs olunub. 

Məlumata görə, 11 milyondan çox izləyicisi olan 125-ə yaxın İnstaqram səhifəsi aşkarlanıb. 

Qeyd edək ki, sözügedən sosial media hesablarında insanların razılığı olmadan onların şəkillərinin paylaşıldığı üzə çıxıb.