Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Şuşada işlə təmin olunanların sayı açıqlandı

Şuşada işlə təmin olunanların sayı açıqlandı

Şuşada işlə təmin edilən əhalinin sayı açıqlanıb.

Dövlət Məşğulluq Agentliyindən "Qafqazinfo”ya verilən məlumata görə, keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

Bildirilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.

Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.

Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.

Şuşada işlə təmin olunanların sayı açıqlandı