Gündəm / İqtisadiyyat / Cəmiyyət

TDT-nin nazirlərinin Bakı səfərinə BU QƏDƏR PUL XƏRCLƏNİB - İLGİNC

TDT-nin nazirlərinin Bakı səfərinə BU QƏDƏR PUL XƏRCLƏNİB - İLGİNC

Gənclər və İdman Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi "Baku Holiday” MMC olub.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Nazirlik 7-10 noyabr 2023-cü il tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman sahələrinə məsul nazirlərinin 7-ci iclasının keçirilməsi ilə əlaqədar malların və xidmətlərin satın alınması üzrə "Baku Holiday” MMC-yə 232 min 724 manat 42 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 100 manat olan "Baku Holiday” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev ev 95, mənzil 26-da yerləşir. Şirkətin qanuni təmsilçisi Rzayev Ramil Nürəddin oğludur.