Gündəm / Siyasət / Dünya

Makron gecə saatlarında Səmərqəndi gəzdi - VİDEO

Makron gecə saatlarında Səmərqəndi gəzdi - VİDEO

Fransa prezidenti Emmanuel Makron Özbəkistana dövlət səfərinə başlayıb və bu, Mərkəzi Asiya turunun yekunu olacaq.

"Kanal14.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, Makron Özbəkistan prezidenti Şavkat Mirziyoyevin müşayiəti ilə gecə Səmərqənddə gəzintiyə çıxıb.  

"Dövlət başçıları YUNESKO- nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Registan memarlıq ansamblını ziyarət ediblər ”, - məlumatda deyilir. Qeyd olunur ki, Makron onun tikilmə tarixi, unikal dekorasiyasının xüsusiyyətləri, bu yerlə bağlı əlamətdar hadisələr və şəxsiyyətlərlə tanış olub.

Xatırladaq ki, bu, Fransua Mitteranın 1994-cü ildə ölkəyə səfərindən sonra son 30 ildə Fransa liderinin Özbəkistana ilk səfəridir. Eyni zamanda, Özbəkistan prezidenti Şavkat Mirziyoyev təyinatından sonra iki dəfə - 2018 və 2022-ci illərdə Fransaya səfər edib.