Dünya

Le Pen Makronu "yalançı" adlandırdı

Le Pen Makronu "yalançı" adlandırdı

 

Fransada sağçı parlament qrupunun lideri Marin Le Pen Fransa prezidenti Emmanuel Makronu ölkədə davam edən iqtisadi problemlərin səbəbləri barədə yalan danışmaqda ittiham edib.


Kanal14.az xəbər verir  ki,  o, bu barədə "Twitter" hesabından açıqlama verib:

"Fransaya zərbə vuran iqtisadi böhran bu yaydır. Emmanuel Makron həqiqəti fransızlardan gizlədərək yalan danışıb və indi qənaət siyasətini açıqlayır. Fransızları qorumaq üçün çoxlu tədbirlər görülməlidir", - Le Pen deyib.

Le Penin bəyanatı Makronun "bolluğun sonu” bəyanatından sonra olub.

Qlobal istiləşmənin nəticələrinin açıq şəkildə hiss olunduğuna diqqət çəkən Makron, bu yay rekord quraqlıq səviyyəsinə çatdığını bildirib.

Qarşıdakı dövr üçün pessimist mənzərəyə işarə edən Makron, "ehtiyatsızlıq, israfçılıq və bolluq dövrü”nün sona çatdığına və hökumətin buna qarşı tədbir görməli olduğuna diqqət çəkib.