Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Daha 25 ailə Ağalıya yola salındı

Daha 25 ailə Ağalıya yola salındı

Oktyabrın 28-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

"Kanal14.az" xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə bundan sonra da davam etdiriləcək.