Gündəm / Siyasət / Cəmiyyət

Paşinyan 102-ci hərbi bazadan imtina edə bilməyəcək

Paşinyan 102-ci hərbi bazadan imtina edə bilməyəcək

Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasın birtərəfli qaydada imtina edə bilməyəcək. 

"Kanal14.az" xəbər verir ki, bu barədə "İzvestiya" nəşri yazıb. 

Qeyd olunub ki, 1995-ci ildə Ermənistanda Rusiya hərbçilərinin saxlanmasına dair tərəflər arasında saziş imzalanıb. 

Belə ki, müvafiq sənədin 27-ci maddəsində deyilir: "Tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komitə tərəfindən həll edilir. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddətdə başa çatdırılmalıdır".

2010-cu ildə Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyanın imzaladığı Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Məlumatı Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin təsdiqləyib.

"Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti başa çatdıqdan sonra, adi müqavilə müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı məlumat vermədikdə, müqavilənin müddəti avtomatik olaraq növbəti beş il müddətinə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər", - Şvitkin bildirib