Gündəm / Cəmiyyət

Hansı qidalar qadınları psixi və digər xəstəliklərdən qoruyur?

Hansı qidalar qadınları psixi və digər xəstəliklərdən qoruyur?

Madridin "Komplutens" Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, qadınlarda dəmir və manqandan nisbətən böyük miqdarda istifadə onları koqnitiv pozğunluqlardan qoruyur.

"Kanal14.az" xəbər verir ki, bu barədə MDPI (Multidisciplinary Digital Publishing Institute) jurnalı məlumat yayıb. 

İspan mütəxəssislərinin fikrincə, demensiya çox vaxt yüngül koqnitiv pozğunluqlarla başlayır. Bu, nitq qavrayışının pisləşməsi, tez yorulma, yaddaş problemləri və narahatlıq hissləridir. Zamanla bu xəstəlik inkişaf edir və bir insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. 

201 könüllü arasında aparılan araşdırmada ət, tərəvəz, yumurta və tərkibində dəmir və manqan olan digər qidaları tez-tez yeyən könüllülərin idrak qabiliyyətlərinin bu qidaları az yeyənlərə nisbətən daha yaxşı vəziyyətdə olduğu müəyyən edilib. 

Maraqlıdır ki, kişilərdə eyni fenomen yoxdur. Alimlərin fikrincə, dəmir və manqanın qadınların koqnitiv qabiliyyətlərinin saxlanmasına necə təsir etdiyi əlavə araşdırmalardan sonra aydınlaşacaq.