Gündəm / Cəmiyyət / Sosial

Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB

Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB

Lənkəran rayonunun Gərmətük qəsəbəsində təhlükəli vəziyyət yaranıb. Qəsəbənin mərkəzində, Gərmətük tam orta məktəbə gedən yolda rabitə dirəyi naqildən asılı vəziyyətdə qalıb. Qəsəbə əhalisi təhlükəli vəziyyətdə olan dirəkdən narahatdır.

"Kanal14.az" DİA.AZ-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görütülər paylaşılıb və şərhlərdən də belə anlaşılır ki, problem uzun müddətdir ki, mövcuddur.

Hətta qəsəbə əhalisinin iddiasına görə dəfələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə problemlə bağlı müraciət ediblər.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Alidə Mustafayeva

Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını və əraziyə baxış keçiriləcəyini bildirib. Mövzunu diqqətdə saxlayacağıq.

Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB