Gündəm / Sosial

21-ci əsrdə Bakının internetsiz ərazisi - NARAZILIQ!

21-ci əsrdə Bakının internetsiz ərazisi
Texnologiya dövrünün XXI əsrinin bu günündə Bakının mərkəzində yerləşən ən böyük qəsəbəsi internetə həsrətdir.

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar massivinin sakini Nərmin Hüseynova "MediaPost"a müraciət edərək bildirib ki, yaşadıqları ərazi internet əlaqəsindən məhrum olub.

"Yaşadığım massivin ərtafındakı ərazilərin bir çox hissəsinə telefon xətti çəkilib və internet rabitəsi ilə təmin olub. Lakin bizim yaşadığımız əraziyə telefon xətti çəkilmir. Bu səbəbdən də internet rabitəsindən məhrum olmuşuq".

Şikayətçi əlavə edib ki, bununla bağlı ATS-ə yazılı müraciət etsək də, lakin əraziyə nə baxan, nə də problemimizlə maraqlanan var.

"Dəfələrlə bu məsələ ilə bağlı müraciət etsək də bunun həllinə dair heç bir addım atılmır. Evdə həm tələbə, həm də şagird onlayn təhsil alır. Belə bir zamanda evdə internetin olmaması ciddi problem yaradır".

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirdi ki, məsələ ilə bağlı rəsmi müraciətin olub-olmamasına dair araşdırma aparılacaq. Araşdırmanın nəticəsindən asılı olaraq lazımi addımlar atılacaq.