Gündəm / Dünya

İsrailin dörd generalı ölkəsini tərk etdi - 5 000 əsgər isə...

İsrailin dörd generalı ölkəsini tərk etdi - 5 000 əsgər isə...

İsraillə Fələstin arasında yaşanan gərginlik İsrail ordusunda gözlənilməz istefalara səbəb olub. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş naziri Binyamin Netanyahuya qarşı inamsızlıq ölkənin təhlükəsizlik qüvvələrinə ciddi itki verib. 

Məlumata görə,  İsrail ordusundan 5000 əsgər istefa verib  və daha 100 qırıcı pilot ölkəni tərk edib.Bu istefaların arxasında duran səbəblər tam açıqlanmayıb. İstefaların artdığı bir vaxtda İsrailin daxili və xarici problemlərlə üzləşdiyi bildirilir.  

Bundan əlavə İsrail Hərbi Hava Qüvvələrinin 4 general-mayoru, 30 pilot və onların köməkçiləri  ölkəni tərk ediblər. Bu, İsrailin hava hücumundan müdafiə qabiliyyətinə ciddi təsir göstərə və strateji baxımdan həssas vəziyyəti daha da çətinləşdirə bilər.

Həmçinin, son vaxtlar 4 İsrail əsgərinin intihar etməsi əsgərlər arasında emosional və psixoloji təzyiqin olduğunu göstərir.