Gündəm / Siyasət

"Araz dəhlizi ilə bağlı Azərbaycanla razılıq əldə olunub" - İranlı nazir


Ermənistan İran üçün çox önəmlidir.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Mehrdat Bəzrpaş İrəvanda deyib.

O, qeyd edib ki, İran Zəngəzur dəhlizi ilə razılaşmır: "Biz Zəngəzur dəhlizi ilə razı olmadığımızı dəfələrlə bəyan etmişik, Azərbaycanın müxtəlif rəsmiləri ilə görüşlərdə də bunun əleyhinə olduğumuzu bildirmişik".

Onun sözlərinə görə, İran həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

O xatırladıb ki, bu yaxınlarda Azərbaycandan İran ərazisindən Naxçıvana keçən Araz dəhlizi ilə bağlı Azərbaycanla razılıq əldə olunub.