Gündəm / Siyasət / Dünya

İran bu layihə ilə Ermənistana yeni nəfəs verməyə hazırlaşır?.. - Molla rejimi ənənəvi AMPLUADA

İran bu layihə ilə Ermənistana yeni nəfəs verməyə hazırlaşır?..
"Ermənistan və İran yol infrastrukturu layihələri çərçivəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır”

Kanal14.az-ın Moderator.az-a istinadən xəbər verir ki, bu haqda qəsbkar Ermənistan nəşrləri məlumat yayıb.

"ER Nəqliyyat İdarəetməsi və İnfrastrukturu nazirinin müavini Armen Simonyan İran İslam Respublikası Yollar və Şəhərsalma Nazirliyinin Beynəlxalq Dəhlizlər Departamentinin baş direktoru Amin Tarafonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı "Fars körfəzi-Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi və "Şimal-Cənub" yol dəhlizi layihələri çərçivəsində Ermənistanla İran arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.

Ermənistan ərazilərində İran yükdaşımalarının təşkili ilə bağlı prosedurların tənzimlənməsi və asanlaşdırılması imkanlarına da toxunulub.

İran nümayəndə heyətinin rəhbəri, ER Nəqliyyat İdarəetməsi və İnfrastrukturu nazirinin müavini yol infrastrukturu layihələri və nəqliyyat kommunikasiyası çərçivəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu təsdiqləyib”- xəbərdə belə deyilir.

"Yeni nəqliyyat dəhlizi Fars körfəzi - İran - Ermənistan - Gürcüstan - Qara dəniz, daha sonra Bolqarıstan və Yunanıstan marşrutu ilə olmaqla İrəvanın bölgədəki mövqeyini kökündən dəyişdirərək həmin marşrutun əsas mərkəzinə çevirəcək və nəticədə Ermənistan təşəbbüsü Bakıdan alacaqdır. İran malları üçün Qara dəniz limanlarına, oradan isə Avropaya yol açılacaqdır. Yeri gəlmişkən, marşrutun Ermənistandan keçən variantı Azərbaycandan keçən yoldan daha qısadır” –deyə erməni mediası vurğulayır.

Xatırladaq ki, rəsmi Tehran əsasən 2016-cı idən bəri irəli sürdüyü "Fars körfəzi-Qara dəniz” dəhlizi layihəsinin İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstanla yanaşı Azərbaycanın da iştirakı ilə yaradılacağını dəfələrlə bəyan edib. Lakin deyəsən, 44 günlük savaşdakı məğlubiyyətindən sonra qəsbkar Ermənistana daha çox rəhmi gəlib.