Gündəm / Siyasət / Cəmiyyət / Dünya

"Ümid edirəm ki, onlar 2 ayda iş tapacaqlar" - Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü şəkildə çıxmış emənilərə yeni maliyyə dəstəyi ilə bağlı proqramı açıqlayıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə o,  "Facebook" hesabında yazıb. 

Onun sözlərinə görə, icarəyə və kommunal xidmətlərə görə əvvəlcədən elan edilmiş kompensasiyadan əlavə, hər bir erməni dövlətdən daha 50 min dram alacaq.

"Ümid edirəm ki, Qarabağdan könüllü şəkildə çıxmış bacarıqlı qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar", - Paşinyan qeyd edib.