Gündəm / Siyasət / Dünya

"Sizi yer üzündən silərik" - İsrailli nazir Tehranı hədələdi


"İsrailin düşmənlərinə çox açıq mesajı var. Biz onlara deyirik, Qəzzada görün nələr olur, bizə hücum etsəniz, sizi yer üzündən siləcəyik”.

"Kanal14.az" xəbər verir ki,  bunu İsrailin İqtisadiyyat naziri Nir Barkat deyib. 

Nazir İran və Hizbullahın HƏMAS-ı dəstəklədikləri təqdirdə bunun bədəlini ödəyəcəklərini ifadə edib.

"İranın Livandakı peyk terror təşkilatı Hizbullah İsrailə hücum edərsə, İrandakı bütün Ayətullahlar dünyadan silinəcək", -   Barkat birbaşa Tehranı hədəfə alıb.