Gündəm / Cəmiyyət / Sosial

Cəmiyyəti məhvə aparan kimlərdir ? - YANAŞMA // VİDEO

Cəmiyyəti məhvə aparan kimlərdir ? - YANAŞMA // VİDEO

Kanal14.az: - Yaşlı nəslin nümayəndələri son illər çox tez-tez zəmanədən, indiki gənclərdən, cəmiyyətin mövcud durumundan gileylənir, "heyf deyildi bizim dövrümüzdə", "zəmanə korlanıb", "cəmiyyətimiz məhv olur"- deyə keçmişi xatırlayır, gələcəkdən narahatlıqlarını ifadə edirlər.

Doğrusu, haqsız da deyillər. Söz yox ki, tərbiyəli, əxlaqlı - yaxud əks əqidəyə sahib olan insanlar hər dövrdə olub, var və həmişə də olacağına şübhə yoxdur. Lakin, ağsaqqal-ağbirçəklərimizin haqlı olduqları məqam budur ki, illər əvvəl əxlaqsız edənlər səhv etdiklərinin fərqində idilər, və səhvlərini düzəltməyə çalışmasalar da, ən azından bundan utanır, gizlin edirdilər. Bu gün isə istər qadınlar olsun, istərsə də əks (ya da bəlkə orta) cinsin nümayəndələri olsun öz əxlaqa zidd davranışlarına "şəxsi həyatının seçimi" donunu geyindirərək, aşkar sərgiləyir və istər böyüklərdən, istərsə də kiçiklərdən belə abır-həya etmirlər.

Bir sözlə çox gənclərimiz "21-ci əsr", "müasirlik", "Avropaya inteqrasiya" deyə-deyə son çöküşünü həm özlərini, həm milli mental dəyərlərimizi, cəmiyyətimizi məhvə doğru sürükləyirlər.

Cəmiyyətin bu kimi hallardan narahat olan nümayəndələri isə mövcud durumun artmasında və təbliğində yerli televiziya kanallarını - daha çox da sosial proqramları, yerli və Türkiyə seriallarını, eləcə də güya güldürmək məqsədilə çəkilən "komediya" proqramlarını qınayırlar.

Ötən gün "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Kamran adlı izləyici də məhz bəhs etdiyimiz vacib problemdən bəhs etdi. Kamran bəy işsizlik səbəbilə ölkədən kənarda olduğunu bildirərək, ölkədəki işsizlik probleminə də etirazını bildirdi.

Qeyd edək ki, izləyicilərin böyük əksəriyyəti proqramın "canlı söhbət" bölməsində sosial verlişlərin bəzilərinin adlarını çəkərək, onlar da televiziya verilişlərinin cəmiyyətin məhvə sürüklənməsində böyük rolu olduğunu vurğuladılar.



"Normal cəmiyyətlərdə yaxşı insanı nümunə kimi göstərib pis insandan ibrət alırlar”.(L.Bonald)

Bəli, artıq cəmiyyətin hələ ki, fikirlərini, düşüncələrini qoruyub saxlamağı bacaran nümayəndələri artıq, nəinki gələcəyimizdən, hətta cəmiyyətimizin hazırkı durumundan belə ciddi narahatçılıq keçirirlər və bunun qarşısının alınması üçün dövlət səviyyəsində gərəkli addımlar atılmalı olduğunu deyirlər.

Çünki, "Özünü böyük istedad sahibi, yaxud təsdiq olunmamış dahi kimi qələmə verib cəmiyyətdən təcrid olunanları acı tale gözləyir. İnsanı ayaqda saxlayan və yüksəklərə qaldıran yalnız cəmiyyətdir”.(N.Ostrovski)

DogruXeber.az