Gündəm / Cəmiyyət / Hadisə / Dünya / Sosial

"Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb" - ÜST


Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub.

"Kanal14.az" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O deyib: "Biz bu xəstəliyə çoxdan qalib gəlməli idik, amma, əslində o, artır”.

ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq.

"Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir”, - deyə Qebreyesus əlavə edib.