Gündəm / Sosial / Səhiyyə

Yeni ölümcül virus peyda ola bilər - ÜST-dən XƏBƏRDARLIQ

Yeni ölümcül virus peyda ola bilər
Bəşəriyyət gec-tez yeni bir pandemiya ilə üzləşəcək və o, indiki ilə müqayisədə daha təhlükəli olacaq.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın 74-cü sessiyasının açılışında bildirib.

"Bu virusdan da yoluxucu və ölümcül bir virus peyda olacaq”, – ÜST rəhbəri deyib.

Onun sözlərinə görə, məhz viruslarla mübarizə dövlətlərin bir-birilə rəqabət aparmamalı, əksinə, əməkdaşlıq etməli olduğunu göstərir.