Gündəm / Siyasət / Dünya

Paşinyan yeni düşmənlər yaradır – Ohanyan

Paşinyan yeni düşmənlər yaradır – Ohanyan

Baş nazir Paşinyan, müharibə istəmirsiniz, amma Zelenski və Ukrayna yolunu tutmusunuz, hər çıxışınızda rusları təxribata çəkirsiniz, onları günahlandırırsınız.

"Kanal14.az" Cumhuriyyet.net-ə istinadən xəbər verir ki, bunu Ermənistanın "Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan deyib.

"Siz Bişkekə yox, Qranadaya və Strasburqa gedirsiniz. "Artsax”ın məğlubiyyətinə görə Rusiya və Putini günahlandırırsınız. Belarus Prezidentinin qatı düşməni ilə görüşmüsünüz. Bu addımlar təsirsiz ötüşmür. Sizin Azərbaycan və Türkiyədən heç də az güclü olmayan yeni düşmənləriniz var. Bəs Qərb Zelenskini dəstəklədiyi kimi sizi də dəstəkləməyə hazırdırmı?” – o bildirib.