"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir  ki,  ötən gecə 10 min nəfər isə atəşkəs və fələstinlilərin soyqırımına son qoyulmasını dəstəkləmək və tələb etmək üçün küçələrə axışıb.

Mitinqin məqsədlərindən birinin İsrailin Fələstin xalqına etdiyi zülmdə ABŞ-ın iştirakı faktına diqqət çəkmək olduğunu bildirilib.  

Xatırladaq ki, etirazçılardan bəziləri Kapitol binalarından birinə soxula bilib. Etirazçılar əllərində pankartlarla yerə oturaraq Fələstinə dəstək şüarları səsləndiriblər. Onlar Qəzza zolağında atışmaların dayandırılmasını tələb ediblər.