Gündəm / Cəmiyyət / Sosial / Foto

"Göyçay süd" məhsulundan narazılıq - "Bu yeyiləsi deyil" // FOTO


"DogruXeber.az" xəbər verir ki, Cavid Dadaşov adlı Facebook istifadəçisi "şikayətim var" Facebook qrupunda marketdən aldığı pendir şəklini paylaşaraq, barəsində bu sözləri yazıb:

"Bu pendiri dünən "Bazarstor"dan aldım. uzun aylardi hemise yediyimiz pendirdi. Ancaq, nə uşaq yedi, nə ailəmdə kimsə. Hami tüpürdü. Mən bunu sroku keçmədiyi halda necə qaytara bilərəm. Bu yeyiləsi deyil"





Gördüyünüz kimi sözügedən məhsul "Göyçay" süd məhsullarına məxsus olan "çanax pendiri"dir

Maraqlıdır ki, vətəndaşın bu barədəki paylaşımından artıq 3 gün keçməsinə baxmayaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vətəndaşın şikayəti ilə bağlı hər hansı bir reaksiyası, yaxud açıqlaması barəsində mətbuatda bir cümləyə belə rast gəlmədik.

Qeyd: "DogruXeber.az" olaraq, vətəndaşın şikayəti ilə bağlı aidiyyatı üzrə AQTA-nin və "Göyçay süd " ASC-nin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az