Gündəm / Hadisə / Dünya

Belçikanın XİN rəhbəri azarkeşlərin öldürülməsini terror aktı adlandırdı

Belçikanın XİN rəhbəri azarkeşlərin öldürülməsini terror aktı adlandırdı

Belçikanın xarici işlər naziri Aca Lyabib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

"Brüsselin tam mərkəzində iki nəfərin ölümü ilə nəticələnən terror aktı məni dəhşətə gətirir. Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir", - deyə o bildirib.